İşdən çıxarılan polisin meyiti otel otağında tapıldı FOTO/VİDEO

3-11-2022, 08:15           
İşdən çıxarılan polisin meyiti otel otağında tapıldı FOTO/VİDEO
Türkiyədə itkin düşən 45 yaşlı kişi otel otağında ölü tapılıb.

Teref.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə gedən polis qrupları otağa girərkən İzzet Gökhanın cansız bədəni ilə qarşılaşıblar.

Psixoloji problemləri olduğu bildirilən kişinin qaldığı oteldə odekolon içərək koma vəziyyətində ölməsi ehtimalı diqqət mərkəzindədir.

Digər tərəfdən, İzzet Gökhanın 10 il əvvəl barəsində açılan inzibati araşdırmalara görə polisdən uzaqlaşdırıldığı öyrənilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru