Azərbaycanda əhali istehsal etdiyi enerjini sata biləcək

3-11-2022, 12:43           
Azərbaycanda əhali istehsal etdiyi enerjini sata biləcək
“Azərbaycanda enerji transformasiya ilə bağlı – xüsusilə yaşıl enerji sahəsində islahatlar keçirilir. Yeni imkanlar əhaliyə özlərinin istehsal etdiyi elektrik enerjisini şəbəkəyə satmaq imkanı yaradacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili bildirib.

“Bu məqsədlə 150 kilovata qədər güc həddində əhalinin şəbəkəyə satdığı enerji vergilərdən azad olunacaq”, - deyə Tahir Mirkişili qeyd edib.
qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru