Ekofəallar Van Qoqun tablosuna şorba tökdülər - FOTO

5-11-2022, 10:34           
Ekofəallar Van Qoqun tablosuna şorba tökdülər - FOTO
İtaliyanın Roma şəhərində Vinsent Van Qoqun (1853-1890-cı illər) əsərlərindən ibarət sərginin təşkil olunduğu Palazzo Bonapart muzeyində “Son nəsil” hərəkatının fəalları niderlandlı rəssamın “Əkinçi” rəsminin üzərinə tərəvəz şorbası töküblər.

Onlar həmçinin iqlim dəyişikliyinə qarşı şüarlar səsləndiriblər.

Rəsm əsəri qoruyucu şüşə altında olub. Hadisə ilə bağlı başqa təfərrüat hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl də digər Avropa ölkələrinin muzeylərində oxşar hadisələr qeydə alınıb.


Mənbə: ANSA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru