Mühərriyi söndürməyən qadın üç dəfə öz avtomobilinin təkərləri altında qaldı - FOTO

6-11-2022, 10:34           
Mühərriyi söndürməyən qadın üç dəfə öz avtomobilinin təkərləri altında qaldı - FOTO
Mühərriyi işlək vəziyyətdə avtomobildən çıxan qadını öz avtomobili tərəfindən 3 dəfə vurulub.

Qəribə hadisə İsveçrədə baş verib.

Polisin məlumatına görə, 45 yaşlı sürücü baqajdan nəsə götürmək istəyirmiş. Ancaq avtomobil qəfildən geriyə doğru hərəkət edib və sürücünün üstündən keçib. Sonra nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub və əks istiqamətdə hərəkət etməyə başlayıb, orda isə bordürə çırpılaraq yenidən geriyə qayıdıb. Nəticədə qadın üç dəfə maşınının təkərləri altında qalıb.

Məlumata görə, sürücü xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru