Azərbaycanlı bankirin azyaşlı oğlu Türkiyədə vəfat etdi
7-11-2022, 12:26
Müalicə olunmaq üçün Türkiyəyə aparılan azyaşlı vəfat edib. TEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, leykozdan əziyyət çəkən Eldar Əhmədov Türkiyədə dünyasını dəyişib. Onun nəşi noyabrın 5-də Bakıya gətirilib və dəfn edilib. Qeyd edək ki, mərhumun atası Paşa Əhmədov baklardan birində şöbə rəisi vəzifəsində çalışır.