Avropada qazın qiyməti 1100 dollardan aşağı enib

7-11-2022, 18:57           
Avropada qazın qiyməti 1100 dollardan aşağı enib
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından aşağı düşüb.

Sozcu.az xəbər verir ki, 7 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 086,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 163,1 dollar) ilə müqayisədə 6,6% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru