Dünyanın ən böyük təyyarəsi yenidən hazırlanır

8-11-2022, 11:03           
Dünyanın ən böyük təyyarəsi yenidən hazırlanır
Ukraynanın “Antonov” dövlət müəssisəsi Rusiya tərəfindən Qostomeldə dağıdılan dünyanın ən böyük təyyarəsinin əvəzinə ikinci An-225 “Mriya”nı inşa edir.

Bu barədə müəssisənin baş direktoru Yevgeni Qavrilov bildirib.

“İşlər gizli yerdə aparılır. İkinci An-225 həm yeni hissələri, həm də zədələnmiş təyyarənin hissələri ilə təmin olunacaq”, - Qavrilov deyib.

O qeyd edib ki, ikinci “Mriya” artıq 30 faiz hazırdır. İşin dəyəri 500 milyon avro qiymətləndirilir və Antonov aviaşirkətinin müvəqqəti yerləşdiyi Leypsiq/Halle Beynəlxalq Hava Limanı bunun üçün pul yığmağa kömək edir.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru