Fransada yaşlı qadın xəstəxanada aclıqdan ölüb

9-11-2022, 11:04           
Fransada yaşlı qadın xəstəxanada aclıqdan ölüb
Fransanın Dijon xəstəxanası yaşlı xəstənin aclıqdan ölməsi ilə bağlı inzibati istintaqa başlayıb.

“Hazırda bu faciənin bütün hallarını müəyyən edəcək araşdırma aparılır”, - tibb müəssisəsinin baş həkiminin müavini Lüsi Lijye bildirib.

77 yaşlı mərhum qadının qohumları şikayət ərizəsi ilə müraciət edərək, onun ölümündə tibb müəssisəsinin əməkdaşlarını günahlandırıblar. Şikayətə görə, onların qohumu üzərində edilməsi nəzərdə tutulan əməliyyat “prioritet” kimi tanınmadığı üçün bir neçə dəfə təxirə salınıb.

Əməliyyat ərəfəsində xəstə bir neçə gün qidalanmayıb və nəticədə komaya düşərək ölüb.

Məlumata görə, hazırda istintaqa Dijon prokurorluğu nəzarət edir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru