"Koronavirusdan ölüm sayı 90% azalıb" - ÜST

10-11-2022, 09:45           
"Koronavirusdan ölüm sayı 90% azalıb" - ÜST
"Fevral ayından indiyədək COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90% azalıb".

"Report" "Associated Press"ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəhbəri qeyd edib ki, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib.

"Biz uzun bir yol qət etmişik və bu, həqiqətən də nikbinlik üçün səbəbdir. Lakin biz hökumətləri, icmaları və bütün insanları ayıq-sayıq olmağa çağırırıq", - Qebreyesus deyib.

Pandemiyasının başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru