Bu gün boşanmaqla bağlı məhkəməsi var idi, intihar etdi
10-11-2022, 10:46
Gəncədə qadın həyatına qəsd edib.
Hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, 32 yaşlı şəhər sakini B.Həsənova yaşadığı evin həyətində özünü asaraq intihar edib.
İlkin məlumata görə, bu gün mərhumun həyat yoldaşından boşanmaq üçün məhkəmə prosesi təyin olunubmuş. Onun bir müddətdir boşanmaq istəmədiyi üçün psixoloji gərginlik keçirdiyi bildirilir.