Texas hava şousunda iki təyyarə toqquşub: Altı nəfər həlak olub

14-11-2022, 11:34           
Texas hava şousunda iki təyyarə toqquşub: Altı nəfər həlak olub
Texasda hava şousu zamanı iki təyyarənin toqquşması nəticəsində 6 nəfər həlak olub.


Bu barədə bazar günü Dallas dairəsinin hakimi Kley Cenkins öz “Twitter” səhifəsində məlumat verib.

“Dallas dairə tibbi ekspertinin məlumatına görə, “Wings Over Dallas” hava şousunda dünən baş verən insident nəticəsində ümumilikdə 6 nəfər ölüb”, - Cenkins açıqlamasında bildirib.

Qeyd edək ki, aviaşou zamanı “Boeing B-17” bombardmançı təyyarəsi havada başqa bir təyyarə ilə toqquşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru