Akopyan: “Xankəndidəki separatçılar tərk-silah edilir”

15-11-2022, 14:35           
Akopyan: “Xankəndidəki separatçılar tərk-silah edilir”
Artıq bir müddətdir ki, rus sülhməramlıların məsuliyyət zonasındakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi prosesi gedir.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlcə “zabit heyətində”, daha sonra “aşağı heyətdə” ixtisarlar aparıldı, indi isə növbə “hərbi tibb heyətinə” çatıb:

“Xocavənd rayonundakı hərbi hospital artıq bağlanıb, əməkdaşlarına isə heç bir izahat verilməyib. Eyni hal Xankəndi hospitalında da yaşanır. Hansısa proses gedir, yəqin ki, tərk-silah edilirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru