İranda zəlzələ baş verib 15-11-2022, 21:51 Çərşənbə axşamı İranın cənubunda 4,6 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 80 km şimal-qərbdə və 60 km dərinlikdə olub.Tələfat və dağıntılar barədə məlumat yoxdur. Facebook-da paylaş