Ekofəallar Vyana muzeyində “Ölüm və həyat”ı neftlə “çirkləndirdilər” - VİDEO

16-11-2022, 11:04           
Ekofəallar Vyana muzeyində “Ölüm və həyat”ı neftlə “çirkləndirdilər” - VİDEO
Letzte Generation ətraf mühit hərəkatının iki fəalı avstriyalı rəssam Qustav Klimtin (1862-1918) Vyanadakı Leopold Muzeyində sərgilənən “Ölüm və həyat” (“Tod və Leben”) tablosunun üzərinə neft töküblər.

Bu barədə hərəkatın “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.

“Adamlarımız bu gün Leopold Muzeyində Klimtin “Ölüm və həyat” tablosunun üzərinə neft tökdü. Yeni neft və qaz quyuları bəşəriyyət üçün ölüm hökmüdür”, - deyə ekoloji fəallar qeyd ediblər.

Fəallar hadisənin videosunu da paylaşıblar. Videoda onlardan birinin tablonun qoruyucu şüşəsinə kanistrdən neft tökdüyü, digərinin isə özünü kətana yapışdırdığı əks olunub.

Aksiya iştirakçıları muzeyin mühafizəsi tərəfindən saxlanılıb.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru