Rusiyada mənzildə bir neçə il əvvəl ölmüş qadının mumiyası tapılıb

16-11-2022, 12:04           
Rusiyada mənzildə bir neçə il əvvəl ölmüş qadının mumiyası tapılıb
Yekaterinburqda kommunal xidmətlər yaşayış mənzilində bir neçə il əvvəl ölmüş qadının meyitini tapıblar.

Cəsəd qaz avadanlığının yoxlanılması zamanı aşkar olunub.

Mənzilin sahibi bir neçə il əvvəl yoxa çıxıb. Yerli sakinlər kömək üçün rayon polisinə və kommunal xidmətlərə müraciət etsələr də, faydası olmayıb.

Lakin 2022-ci ilin aprelində qaz xidmətinin işçiləri onun mənzili ilə maraqlanıblar. Onlar qapını açmaq üçün icazə almaq məqsədilə məhkəməyə müraciət ediblər.

Nəhayət bir neçə gün öncə kommunal xidmətlərin əməkdaşları mənzilə daxil olub və qadının mumiyalanmış cəsədini görüblər.

Polis qadının yaşlı olduğunu bildirib. Onun meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru