Rusiya administrasiyasının “müavin” təyin etdiyi qadın saxlanılıb

16-11-2022, 19:01           
Rusiya administrasiyasının “müavin” təyin etdiyi qadın saxlanılıb
Rusiyanın Ukraynanın Xerson vilayətinə “təyin etdiyi” qondarma rəis müavini Yekaterina Qubareva yoxa çıxıb.
Bu barədə Rusiyanın “Telegram” kanalları yazır.
Qubarevanın itkin düşməsi barədə əri məlumat verib. Onun sözlərinə görə, Yekaterina sonuncu dəfə dünən, noyabrın 15-də Qeniçeskdə Xerson vilayətinin hökumət binası yaxınlığında görünüb.
Bundan sonra onunla əlaqə itib.
Məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Yekaterina Qubarevanı iqtisadi sahədə cinayətkarlığa görə saxlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru