Lənkəranda tələbələr arasında dava ölümlə nəticələndi - Fotolar

18-11-2022, 08:03           
Lənkəranda tələbələr arasında dava ölümlə nəticələndi - Fotolar
Lənkəranda tələbələr arasında kütləvi dava olub.

Yenisabah.az xəbər verir ki, insident ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru