Sumqayıt yolunda “Prius” sürücüsü sərnişini niyə bıçaqladı? - TƏFƏRRÜAT + VİDEO

18-11-2022, 10:34           
Sumqayıt yolunda “Prius” sürücüsü sərnişini niyə bıçaqladı? -
Bakı-Sumqayıt şossesində sürücünün sərnişinə çox saylı xəsarət yetirməsinin təfərrüatı məlum olub.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.

Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəmnində baş verib.

“Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır”, - deyə DİN-in məlumatında qeyd edilib.
Sözügedən görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru