Şamaxıda avtomobil dərəyə aşdı - Ölən var

18-11-2022, 10:11           
Şamaxıda avtomobil dərəyə aşdı - Ölən var
Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 16-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlu idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı aldığı xəsarətlərdən noyabrın 17-si saat 02:30 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru