Ukrayna dronu Donbassda əsgəri əsir götürdü - VİDEO

19-11-2022, 12:08           
Ukrayna dronu Donbassda əsgəri əsir götürdü - VİDEO
Ukrayna hərbçiləri bütün mümkün texnikadan istifadə edərək rusiyalılara qarşı mübarizəni davam etdirir.

Bu mübarizədə dronlar böyük rol oynayır.

Ukrayna dronlarının havada döyüşünü əks etdirən videodan sonra indi də başqa bir dron görüntüsü yayımlanıb. Videogörüntüdə Ukrayna dronu Donetsk istiqamətində “Vaqner” əsgərini əsir götürür.

Video könüllü Serqey Pritula tərəfindən paylaşılıb. Görüntülər ona 54-cü Xüsusi Mexanikləşdirilmiş Briqadanın K2 bölməsindən təqdim edilib.

“Bu uğursuzun bölməsi məhv edildi, ona görə də onun əllərini və ağ bayrağı qaldırmaqdan başqa çarəsi qalmadı. Dron gəldi, “Arxamca gəl” işarəsini verdi və əsgərlərimizin onu gözlədiyi yerə apardı”, - deyə o, videoya verdiyi şərhdə bildirib.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru