Rusiyada binada partlayış zamanı ölənlərin sayı 7-yə çatıb - VİDEO 19-11-2022, 23:22 Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 7-ə çatıb.APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. O ölənlərdən 3-nün uşaq olduğunu deyib.Hazırda ərazidə itkin düşmüş sayılan daha 3 nəfərin axtarışları davam etdirilir. Facebook-da paylaş