Bolqarıstanda uşaq 9 gün meşədə tək qaldı

20-11-2022, 12:39           
Bolqarıstanda uşaq 9 gün meşədə tək qaldı
Doqquz gün əvvəl Sofiya yaxınlığındakı Pernik şəhəri ətrafındakı meşəlik ərazidə yoxa çıxan 12 yaşlı uşağın axtarışı şənbə günü uğurla başa çatıb.

Polisin məlumatına görə, dağ-xilasetmə xidmətinin xilasediciləri evdən 7 km aralıda, tərk edilmiş ərazilərdən birində autizmli uşağı tapmağa nail olublar.

Ölkənin səhiyyə naziri Asen Mecidiyev bildirib ki, susuzluq əlamətləri olan Aleksandr hazırda xəstəxanadadır, lakin onun həyatı üçün heç bir təhlükə yoxdur.

Bütün bu günlər ərzində azyaşlının axtarışında yüzlərlə polis əməkdaşı, xilasedicilər və könüllülər iştirak ediblər. Sərhəd polisinin helikopteri, termal kameraları və dronlarından istifadə edilib.

Mütəxəssislər qeyd edirlər ki, nisbətən əlverişli hava şəraiti uşağın sağ qalmasına kömək edib. Belə ki, axtarış əməliyyatı aparılan ərazidə havanın temperaturu gündüzlər 12-14, gecələr təxminən 4-5 dərəcə olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru