Azərbaycanın sabiq baş pediatrı özünü güllələyərək intihar edib..- Təfərrüat

25-04-2024, 07:07           
Azərbaycanın sabiq baş pediatrı özünü güllələyərək intihar edib..- Təfərrüat
Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, hadisənin başvermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb. 1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.
--
İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

Bildirilir ki, oğlu 15 ildən çoxdur ki, Ukraynada yaşayır. İntiharın ailə münasibətləri fonunda baş verdiyi, xeyli müddətdir ki, ailəsi ilə yola getmədiyi deyilir. Qeyd edilir ki, məhz bu səbəbdən də mərhum bir müddətdir ki, depressiyaya düşübmüş.

Məktub istintaq orqanı tərəfindən götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.