İşdən qovulan rəis müavininin maşını generalın göstərişi ilə saxlanılıbmış - QALMAQAL

10-04-2015, 16:07           
İşdən qovulan rəis müavininin maşını generalın göstərişi ilə saxlanılıbmış - QALMAQAL
Abşeron rayonu ərazisində polis bölməsinin rəis müavinin avtomobilinin yol polisi tərəfindən saxlanması olayı ilə bağlı maraqlı fakt üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayoru Ramiz Zeynalov Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yol-hərəkət qaydalarını pozan “Land Rover” markalı avtomobili görüb.

BDYPİ-nin rəisi dərhal göstəriş verib ki, 90 BZ 455 nömrə nişanlı həmin avtomobil saxlanılsın. Lakin sürücü polisin tələbinə tabe olmayıb və hərəkətə davam edib. Nəhayət, həmin avtomobili saxlamaq mümkün olub və sürücü Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Burada sürücünün polis əməkdaşı olduğu, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci polis bölməsinin (PB) rəis müavini vəzifəsində çalışan polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu olması üzə çıxıb. Onun barəsində protokol tərtib edilib və elə həmin gündən onun işə çıxmasına qadağa qoyulub. Qeyd edək ki, virtualaz.org saytı R.Şərifovun artıq işdən çıxarılaraq sərəncama göndərilməsi ilə bağlı xəbər yayıb. Faktı Qaradağ RPİ 38-ci Polis Bölməsindən də təsdiqləyiblər və onun yerinə hələlik təyinatın olmadığı bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.