"İşğalçılar beş istiqamətdə hücumdadır" - ISW cəbhədəki vəziyyəti açıqladı

Bu gün, 07:14           
"İşğalçılar beş istiqamətdə hücumdadır" -
"Eyni zamanda Ukrayna Silahlı Qüvvələri cəbhənin bir sıra hissələrində əks-hücumlar həyata keçirir..."

Rusiya qoşunları Lıman, Kuraxovo və Velikaya Novoselka yaxınlığında irəliləyib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Rusiya qoşunları cəbhədə hücumlarını davam etdirir və şərqdə beş istiqamətdə lokal uğurlar əldə edib. Eyni zamanda Ukrayna Silahlı Qüvvələri cəbhənin bir sıra hissələrində əks-hücumlar həyata keçirir.

Hesabatda deyilir ki, düşmən Kupyansk, Lıman, Siversk, Çasov Yar, Toretsk və Pokrovsk istiqamətlərində hücumlarını intensivləşdirib. "Rusiya qoşunları son günlərdə Lıman, Siversk, Novopavlovka, Kuraxovo və Velikaya Novoselka rayonlarında irəliləyiş əldə edib", - analitiklər qeyd edir.

Məlumata görə, mayın 2-si və 3-də Kursk vilayətində döyüşlər davam edib, Rusiya qoşunları bu ərazidən Ukrayna qüvvələrini çıxarmağa çalışır. Eyni zamanda Rusiya qoşunları Sumı vilayətinin şimalında hücum əməliyyatlarını davam etdirir, lakin irəliləyə bilmir.

Xarkov vilayətində isə işğalçılar Volçansk yaxınlığında hücum edib, lakin ISW-nin məlumatına görə, burada da uğur əldə etməyib. Pokrovsk istiqamətində Rusiya ordusu ciddi itkilər verir, gündə azı 150 hərbçi həlak olur. Onlar 9 may tarixinədək Dnepropetrovsk vilayətinə doğru irəliləməyə çalışır.

Rusiya bu istiqamətdəki qüvvələrini ya Kursk istiqamətindən köçürməklə, ya da səfərbərlik yolu ilə gücləndirib. Eyni zamanda Pokrovsk istiqamətində, xüsusilə Boqatır və Svobodnoye Pole bölgələrində Ukrayna ordusu düşmənin sursat anbarlarını atəşə tutub və əks-hücumlar həyata keçirib.

Cəbhənin cənub istiqamətlərində də, xüsusilə Qulyaypole, Orexov və Zaporojyenin qərb hissəsində döyüşlərin intensivliyi yüksək olaraq qalır. Ukrayna Silahlı Qüvvələri düşmənin texnikasını və hava hücumundan müdafiə sistemlərini məhv etməkdə davam edir. Xüsusilə ölkənin cənubunda BUK-M3 zenit-raket kompleksinə zərbə endirilib.

Ukraynada müharibə - son xəbərlər

Hərbi ekspert Sergey Jdanovun fikrincə, işğalçılar iyun-iyul aylarında Lıman istiqamətindən, həmçinin Kramatorsk və ya Pokrovsk istiqamətindən hücum əməliyyatına hazırlaşır, məqsəd Slavyansk-Kramatorsk aqlomerasiyasını mühasirəyə almaq və ələ keçirməkdir.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatda olanlar Şurasının rəhbəri İvan Timoçko qeyd edib ki, rusiyalılar Dnepropetrovsk istiqamətində uğurlu strateji səviyyəli hücum əməliyyatı keçirmək iqtidarında deyil. Onun sözlərinə görə, işğalçılar hətta Pokrovsk və Mirnoqrad (Donetsk vilayəti) istiqamətlərində hücum üçün kifayət qədər qüvvə toplaya bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.