Barışmağa gələn qaynını güllələyib öldürdü - Bakıda
19-04-2017, 14:11
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını gülləməkdə təqsirləndirilərək həbs edilən Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Qəmbərov 17 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyununda Qaradağ rayonu Sahil qəsəbəsində Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü E.Qəmbərov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsi, bina 12-nin qarşısına gəlib.
O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin E.Qəmbərovla keçmiş qaynı - 1977-ci il təvəllüdlü Cəmaləddin Əliyev arasında mübahisə düşüb. E.Qəmbərov özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb. C.Əliyev dünyasını dəyişib.