Ermənistanda itkin düşmüş rus hərbçi tapılıb

20-04-2017, 08:05           
Ermənistanda itkin düşmüş rus hərbçi tapılıb
Bir neçə gün əvvəl Ermənistanda itkin düşmüş Rusiya hərbçisi Gümrüdəki evlərdən birində tapılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 102 saylı hərbi bazanın əsgəri Dmitri Loşmanov aprelin 16-da bazarlıq etmək adı ilə çıxıb və geri qayıtmayıb.
Hərbçinin sağ-salamat olduğu bildirilir. Hazırda prokurorluq onun itkin düşməsinin yeni təfərrüatlarını araşdırır.
Ermənistan polisi hərbçini itkin düşmüş şəxs kimi axtarışa vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru