Neftin brendi “Brent” tükəndi

3-12-2019, 09:29           
Neftin brendi “Brent” tükəndi
Şimal dənizindəki “Brent” yatağındakı neft ehtiyatı 2020-ci ilə qədər tükənəcək.

Axar.az xəbər verir ki, “Vol Strit Jurnal” qəzeti gələn il yataqda iş aparan “Royal Dutch Shell”in buradan özünün sonuncu platformasını çıxaracağı haqda məlumat yayıb.

Qeyd edək ki, “Brent” yatağı Şetland adaları və Norveç arasında yerləşib. Yataq 1971-ci ildən istismar edilir. 1980-ci ildə “Brent” etalona çevrilib. İndiyə qədər bu yataqdan 2 milyard barrel neft və 161 milyard kub metr qaz hasil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.