ABŞ-da təyyarə qəzası yanğına səbəb olub, ölən var VİDEO 13-11-2020, 04:55 ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə qeydə alınıb.Qeyd edilir ki, “Cessna 172” təyyarəsi Los-Ancelesin şimal hissəsində, “Whiteman Airport”da qəza enişi edib. Qəza nəticəsində pilot həlak olub.NBS telekanalı isə bildirib ki, hadisə zamanı bir neçə avtomobil yanıb.Qəzanın başvermə səbəbləri araşdırılır. Facebook-da paylaş