Sabah NASA-nın helikopterinin Marsda ilk uçuşu planlaşdırılıb

18-04-2021, 21:53           
Sabah NASA-nın helikopterinin Marsda ilk uçuşu planlaşdırılıb
“Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, Qırmızı planetdə uçuşlar zamanı Mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.

NASA-nın əvvəlcə aprelin 11-də həyata keçirməyi nəzərdə tutduğu “Ingenuity” helikopterinin Mars planetində ilk uçuşu indi bazar ertəsi gününə planlaşdırılır.

Sputnik Azərbaycan NASA-nın saytına istinadla xəbər verir ki, helikopter-dronun ilk uçuşu ABŞ-ın Şərq sahili vaxtı ilə saat 3:30-da (Bakı vaxtı ilə 11:30) nəzərdə tutulur. Bu barədə məlumat Yerə uçuş başa çatdıqdan bir neçə saat sonra yetişəcək.

Bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq.

Qeyd edək ki, fevralın 18-də “Ingenuity” Marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı helikopterə dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq.

Təxminən 20-30 saniyə davam edəcək ilk uçuş zamanı helikopter Mars planetinin səthindən üç metr hündürlüyə qalxacaq. Sonrakı uçuşlar zamanı hündürlük beş metrə qədər artırılacaq.

“Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, Qırmızı planetdə uçuşlar zamanı Mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru