Yunanıstandan unikal göstərici: Dünya ticarət donanmasının 20%-i Afinaya məxsusdur
Bu gün, 17:18
Yunanıstana məxsus ticarət donanması 5 700 gəmidən ibarətdir ki, bu da dünya ticarət donanmasının 20%-ni təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Naftemporiki" qəzeti Yunanıstan Gəmi Sahibləri İttifaqının 2024-2025-ci illər üzrə hesabatına istinadən məlumat yayıb.
Bu təşkilatın məlumatına görə, Yunanıstan ticarət donanması Avropa İttifaqı donanmasının 61%-ni təşkil edir.