Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb

Bu gün, 00:01           
 Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
Bakıda “Coffee Line” köşkündə satıcı işləyən şəxs 3 ədəd 50 dollarlıq əskinası dəyişən zaman aldadılıb. Məlum olub ki, həmin pullar etibarsız imiş.

Musavat.com-un xəbərinə görə, hadisə Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində fəaliyyət göstərən “Coffee Line” köşkündə baş verib.

51 yaşlı Nemət adlı kişi köşkə yaxınlaşaraq 3 ədəd 50 dolları olduğunu, manata dəyişmək istədiyini deyib. Nemət 200 manata 3 ədəd 50 dolları dəyişə biləcəyini söyləyib. Köşkdə işləyən şəxs 65 manat qazanc əldə edəcəyini düşünürək Nemətlə razılaşıb.

Maraqlıdır ki, həmin 50 dollarların üzərində “Etibarsızdır” yazılıbmış. Satıcı pulu alan kimi cibinə qoyduğu üçün bunu anlamayıb. Nemət gedəndən sonra pula baxan zaman isə artıq gec olub.

Nemət əməlini etiraf edib. Bildirib ki, hazırda pulu olmadığı üçün zərəri ödəyə bilmir.

Məhkəmə Nemət barəsində 2 ay həbs cəzası təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru