"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tebeliyindən çıxarılır - Əli Əsədovdan QƏRAR

23-06-2021, 21:08           
"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tebeliyindən çıxarılır -
"Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Qərar 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.