Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

28-04-2024, 09:28           
Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb
Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri).

Oxu.Az-ın məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

O, rəqibləri arasında olan gürcüstanlı, Olimpiya çempionu və bu kateqoriyada nömrə bir cüdoçu - Laşa Bekaurini məğlub edib.
Bundan əlavə 73 kq. çəki dərəcəsində dünya reytinqində nömrə 1 olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu uğurla qoruyub.

Balabəy Ağayev isə kişilər arasında 60 kq. çəki dərəcəsində gümüş medal qazanıb. Cüdoçularımız Turan Bayramov (-60 kq.), Aydan Vəliyeva (-52 kq.), Murad Fətiyev (-90 kq.) və Zelim Kotsoyev (-100 kq.) 5-ci yerə çıxıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru