Müharibədən sonra 356 nəfər mina qurbanı olub

28-04-2024, 08:08           
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabında paylaşdığı fotoda qeyd olunub.

Bildirilib ki, minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb. Qeyd olunub ki, həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur.

Ümumilikdə 1991-ci ildən bu günə kimi 3 435 nəfər minadan zərərçəkən kimi qeyd alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru