Məşhur hakim hava limanında oğurluq edərkən yaxalanıb

27-04-2024, 17:24           
Məşhur hakim hava limanında oğurluq edərkən yaxalanıb
Tanınmış Avroliqa hakimi Matej Boltauzer “Partizan” – “Monako” matçından sonra Belqrad hava limanında 221 avro dəyərində ətir oğurlayarkən təhlükəsizlik əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

TEREF xəbər verir ki, 2023-cü il dekabrın 5-də baş verən bu hadisədən sonra sloveniyalı hakim nəzarətə götürülüb.

Belqradda keçirilən matçdan sonra Boltauzerin hava limanının rüsumsuz mağazasından 221 avro dəyərində ətir oğurladığı müəyyən edilib. Təhlükəsizlik qrupları tərəfindən cinayət başında yaxalanan hakim hadisə yerində etiraf edib.
haberglobal.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru