Haitidə ABŞ vətəndaşları olan 17 nəfər xristian missioner və onların ailə üzvləri oğurlanıb.
Teref.az-ın məlumatına görə, onlar Porto-Prens hava limanı istiqamətində hərəkət edən avtobusda olublar. Missionerlər ölkənin digər bir hissəsinə səyahət etməli idilər.
Qeyd edək ki, hazırda Haiti paytaxtının yarısı cinayətkar dəstələr tərəfindən idarə olunur./oxu.az