"Rusiya hələ də Zelenskini öldürmək istəyirlər" - Arestoviç
30-03-2022, 08:16
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, işğalçılar hələ də Volodimir Zelenskini öldürməyə çalışırlar.
KONKRET.az xəbər verir ki, Arestoviçin sözlərinə görə, ruslar birbaşa Prezident Aparatının yaxınlığına dörd dəfə atəş açıblar. Bundan əlavə, işğalçılar ali hərbi-siyasi rəhbərlikdən kimisə, xüsusən də Arestoviçin özünü “kənarlaşdırmaq” istəyirlər.
“İşğalçılar Prezident Aparatını bombalamayacaqlar, lakin şübhə etmirəm ki, Zelenskini başqa üsulla məhv etmək cəhdlərindən əl çəkəcəklər” – deyə müşavir əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq onun həyatına qarşı olan 10-dan çox cəhddən sağ çıxıb.