Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunalın yaradılmasına dair saziş imzalayıblar

26-06-2025, 11:48           
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunalın yaradılmasına dair saziş imzalayıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurasının baş katibi Alen Berse Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılması haqqında saziş imzalayıblar.

Bu barədə "European Pravda" nəşri xəbər verir.

Bildirilir ki, xüsusi tribunal adətən dövlətin şəxsi toxunulmazlıqlarla qorunan ali rəhbərliyinə qarşı araşdırmaların aparılmasına imkan verəcək.

Bu halda söhbət Rusiya rəhbərliyindən gedir. Eyni zamanda, Rusiya hakimiyyətinin nümayəndələri yalnız vəzifələrindən getdikdən sonra məhkəməyə başlamaq və onlara hökm çıxarmaq mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru