Evli kişilərin yeni “sevgilisi”: Sorğulamır… – İlginc

Bu gün, 12:14           
Evli kişilərin yeni “sevgilisi”: Sorğulamır… – İlginc
ABŞ-da yaşayan Kris Smit adlı evli kişi “ChatGPT” əsasında yaradılmış çatbota aşiq olub və ona evlilik təklif edib. Amma bu, ilk belə hadisə deyil. Artıq Azərbaycanda da çatbotlarla söhbətləşən, dərdləşən, hətta yarıciddi, yarızarafat onu “dost”, “həyat yoldaşı” adlandıranlar kifayət qədərdir. Bəzi mütəxəssislər bunun gələcək üçün təhlükə vəd etdiyini, bir sıra psixoloji, sosioloji problemlərə səbəb olacağını bildirirlər.

“ChatGPT” əsasında yaradılmış çatbotlarla bağlı risklər nələrdir?

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bəzi insanlar çatbotlardan çox istifadə edirlər:

“Onlar həqiqətdən uzaqlaşır, xəyal dünyasında yaşayır, real həyatda ünsiyyət qurmaqda çətinlik çəkir və sosial bacarıqları zəifləyir. Bu, xüsusilə psixoloji problemləri olan, cəmiyyətdə yerini tapa bilməyən, sıxışdırılan, yaxud asosiallığa meylli insanlar üçün təhlükəlidir. “ChatGPT”nin mühakimə etməməsi də virtual məkana bağlanmaq riski yaradır. Hətta bəzi ölkələrdə “ChatGPT”yə evlilik təklif edənlər də var. Əksəriyyət ən sadə məsələləri belə onunla məsləhətləşir. Bu isə zamanla psixoloji asılılıq yarada bilər. Belə vərdiş gələcək üçün təhlükə mənbəyidir, savadsızlığa aparan yoldur. Çünki gündəlik tapşırıqlarını çatbot vasitəsilə yerinə yetirən məktəblilər kifayət qədərdir”.

Mütəxəssis bildirib ki, insanlar özlərinə müəyyən limitlər qoymalıdır:

“Bu cür kiçik, amma nizamlı məhdudiyyətlər həm psixoloji asılılığın qarşısını almağa, həm də vaxtın daha faydalı istifadəsinə kömək edə bilər. Davamlı çatbotlara müraciət etmək tənhalaşma hissini gücləndirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.