Ucarda kompessasiya saxtakarlığı - Plana düşmüş torpağın pulu mənimsənilib

14-05-2015, 10:20           
Ucarda kompessasiya saxtakarlığı - Plana düşmüş torpağın pulu mənimsənilib
Ucar rayonu Ramal kənd sakini Məmmədov Aruz Şirxan oğlu tərəfindən teref.azya şikayət məktubu daxil olub. Narazı vətəndaş bildirir:

“7 nəfərlik ailə üzvülərimizlə birlikdə Ucar rayonunu Ramal kəndində yaşayırıq. Ailəmizin yeganə dolanışıq yeri torpağımızdır . Hamı kimi bizimdə ailəyə 2.74 ha pay torpaq sahəsi verilib ki, orada taxıl, yonca, meyvə ağacları əkib bir təhər dolanırdıq. Həmin 2.74 ha pay torpaq sahəmiz Cənubi Qafqaz Boru kəmərinin dəhlizi altına düşdüyü üçün bu ilin mart ayı tarixində bizim ailəyə 20499( iyirmi min dörd yüz doxsan doqquz) manat kompensasiya verildi. Sonradan öyrəndik ki, kompensasiyanı bizə saxtakarlıq edib az veriblər,pulumuzu mənimsəyiblər. Belə ki, 2.74 ha torpaq sahəmizdə taxıl, yonca əkib becərmişik, həmçinin meyvə və digər ağaclar da var ki, bunlardanda satıb qazanc əldə edirdik.Bundan başqa həmin torpaq sahəsinin üzərində böyürtkən kolları var ki, hər il onun meyvəsindən də satıb gəlir götürürdük.
Amma bizim 2.74 ha pay torpaq sahəmizdən Beynəlxalq boru kəmərinin keçməsinə görə verilən kompensasiya ancaq taxıl əkib becərib əldə etdiyimiz qazancın itkisinə görə verilmiş, yoncadan, meyvə ağaclarından və böyürtkən meyvəsindən əldə edilən qazancın itkiləri hesaba alınmamışdır”.

Daha sonra narazı vətəndaş dia.az-a yazır: “Ancaq aldığımız məlumata görə bunu hesaba alsalarda kompensasiyanı saxtakarlıqla mənimsəmişdilər.Bütün bu saxtakarlıqlara isə həmin işə təkim edilmiş Faiq adlı şəxs rəhbərlik edir.Ölçülərdə, kompensasiyanın verilməsində saxtakarlıq edib vətəndaşların pullarını mənimsəyir. Onun saxtakarlığı, özbaşınalığı haqqında çoxlu sayda şikayətlər verilməsinə baxmayaraq, barəsində heç bir tədbir görülmür.

Buda onu deməyə əsas verir ki, Faiq bu saxtakarlıqları xüsusi tapşırıq əsasında edib əldə edilən pulları həmin dairələrə verir.19 sentyabr 2014-cü il tarixdə bağlanlmış 2066-cı ilədək qüvvədə olacaq torpaqdan istifadə üçün icarə müqaviləsində ancaq taxıldan əldə edilən gəlirin itkisi üçün bizim ailəyə kompensasiya verilmişdir”.

“Biz bu saxtakarlıq, qanunsuzluq faktı ilə əlaqədar Preziden cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə və digər aidiyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik” deyən Ucar sakini dia.az-a müraciətindəəlavə edir: “İnanırıq ki, şikayətimiz yerində obyektiv araşdırılıb qanunu tədbirlər görüləcək, halal kompensasiyamızı mənimsəmiş vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görüləcək və kompensasiyamız tam olaraq özümüzə veriləcək. Ümüd edirik ki, bu saxtakarlıq faktı ictimailəşdikdən dərhal sonra araşdırma aparılıb tədbir görüləcək”.

Qarşı tərəfi də dinləməyə hazırıq…
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.