ABŞ PUA-sını Rusiya qırıcısı zədələyib

15-03-2023, 08:07           
ABŞ PUA-sını Rusiya qırıcısı zədələyib
Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib.

Bildirilir ki, qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb.

ABŞ prezidenti Co Bayden Rusiya qırıcısının Qara dəniz üzərində Amerikanın pilotsuz uçuş aparatını (PUA) ələ keçirməsi barədə məlumatlandırılıb.

Bbu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Prezidentə bu səhər bu hadisə ilə bağlı Milli Təhlükəsizlik müşaviri məlumat verib".

Kirbi əlavə edib ki, Rusiya qırıcıları daha əvvəl də Qara dəniz üzərində ABŞ təyyarələrini ələ keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.