Ramiz Zeynalovun qardaşı İŞDƏN ÇIXARILDI 16-03-2023, 00:12 Sabunçu Tibb Mərkəzinin direktoru Fikrət Zeynalov vəzifəsindən azad edilib.Teref.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.Qeyd edək ki, Fikrət Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. Facebook-da paylaş