"Muğanbank"ın Zaqatala filialında qanunsuzluqlar- ŞİKAYƏT(VİDEO)
19-05-2015, 09:19
10-a yaxın pensiyaçı müəllimin xəbəri olmadan, bank qaydalarına zidd olaraq ,zamin olmadan adlarına kreditlər verilib
Daim vətəndaşların şikayət və problemlərini işıqlandıran BTV-yə Zaqatalanın Yengiyan kəndindən bir qrup pensiyaçı müəllim tərəfindən şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə , "Muğanbank"ın Zaqatala filialında qanunsuzluqlar baş alıb gedir. Belə ki ,10-a yaxın pensiyaçı müəllimin xəbəri olmadan, bank qaydalarına zidd olaraq ,zamin olmadan adlarına kreditlər verilib. Sakinlərin şikayətlərini nəzərə alaraq , BTV əməkdaşları ,hazırda Zaqatala rayonuna ezam olunub. Məsələ ilə bağlı ətraflı araşdırma aparıb ,qısa zamanda dəqiq məlumat və süjetləri təqdim edəcəyik. [media=https://www.youtube.com/watch?v=DmqNrKLKXxY]