NASA-nın "Asteroid Hunter" teleskopu ömrünü başa vurur

21-12-2023, 17:45           
NASA-nın "Asteroid Hunter" teleskopu ömrünü başa vurur
NASA-nın qaranlıq səmaları araşdırmaq üçün uzun müddət əvvəl orbitə göndərdiyi "NEOWISE" (Near-Earth Object Wide-field Infrared Survey Explorer) adlı infraqırmızı peyk, günəş partlayışları səbəbiylə orbitindən çıxarılıb. Bu prosesin sonunda peyk Yer atmosferində yanacaq və yox olacaq.
Bizimyol.info xəbər verir ki, 2009-cu ildə buraxılan infraqırmızı teleskop bu günə qədər 200-ə yaxın göy cismini aşkar edib.

NASA-nın "NEOWISE" adlı aparatının 2025-ci ildə artan günəş partlayışlarının aktivliyi səbəbiylə yararsız hala düşəcəyi açıqlanıb. Teleskopun orbiti zaman keçdikcə aşağı düşməyə davam edəcək. Bu vəziyyətə səbəb olan günəş partlayışları əslində digər peyklərə də təsir edəcək.

Günəşdə baş verən partlayışlar səbəbindən Yer atmosferi istiləşir və genişlənir. Genişlənən atmosferə görə peyklər daha çox sürtünməyə məruz qalır. Sürtünmə nəticəsində sürətini itirən peyklər zamanla orbitlərindən kənara çıxaraq atmosferin aşağı təbəqələrinə çəkilirlər. Aşağı təbəqələrdə atmosfer daha sıx olduğundan sürət itkisi artır.

2013-cü il dekabrın 13-də yenidən fəaliyyətə başlayan "NEOWISE", bu arada bir çox asteroid və kometin kəşfində mühüm rol oynadı. Yerə yaxın obyektləri tədqiq edən bu peyk planetlərin müdafiə strategiyalarını artırmaqla tanınırdı. "NEOWISE" əslində 2009-cu ildə "WSE" missiyasının yenidən dizaynı olaraq ortaya çıxıb.

İlk missiyasında səmanı iki dəfə xəritəyə alan "WISE" infraqırmızı teleskopu soyuducu maye bitdikdən sonra yeni bir missiya ilə işə salındı. Soyuducu maye olmadan kainatın ən soyuq cisimlərini müşahidə edə bilməyəcək peyk, planetimizin ətrafında orbitdə ola biləcək və potensial toqquşma təhlükəsi yarada biləcək obyektləri müşahidə etmək üçün təyin edilib.

"NEOWISE"nin varisi "NEO Surveyor" üzərində işlər davam edir və 2027-ci ildə istismara verilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru