Tramp və Epşteynin azyaşlı qızlarla qumarxanalara getdikləri məlum oldu

Bu gün, 11:36           
Tramp və Epşteynin azyaşlı qızlarla qumarxanalara getdikləri məlum oldu
ABŞ Prezidenti Donald Tramp və keçmiş maliyyəçi Cefri Epşteyn azyaşlı qızlarla qumarxanaya gediblər.

Bu barədə CNN telekanalına 1987-1990-cı illərdə ABŞ liderinin yanında işləmiş "Trump Plaza, Hostel və Casino" şirkətinin baş direktoru Cek O'Donnell məlumat verib.

Onun sözlərinə görə, Tramp və Epşteyn bir dəfə bazar günü gecə saat 1:30-da gəliblər.

"Bilirsiniz, iki yoldaş idi. Yanlarında üç qadın vardı", - deyə o qeyd edib.

Cek O'Donnell əlavə edib ki, həmin vaxt Qumar Oyunlarına Nəzarət Komissiyası onları gözləyib və qızların kazinoya daxil olmaq üçün çox gənc olduqlarını öyrəniblər. Qızların yaşı 19 olub və nəticədə onlar saxlanılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru