Türkiyə-İsrail gərginliyi artır: Ərdoğan Netanyahuya görün nələr dedi…

Bu gün, 11:34           
Türkiyə-İsrail gərginliyi artır:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili “terrorçu dövlət” adlandırıb.

TEREF xəbər verir ki, Ərdoğan Netanyahunun Suriya ilə bağlı fikirlərinə sərt reaksiya sərgiləyib.

“Druzların arxasında gizlənən İsrail son iki gündə Suriyanı quldurların cəmləşdiyi əraziyə çevirib. İsrail qanun-qayda tanımayan, prinsipsiz, çılğın və terrorçu dövlətdir. Bölgəmizin əsas problemi İsrailin təcavüzüdür. Suriyanın parçalanmasına imkan verməyəcəyik. Suriyanın cənubu ilə şimalı arasında dəhliz yaratmaq arzusunda olanlar məqsədlərinə çatmayacaqlar. İsrailə güvənən və onun tərəfini tutanlar son nəticədə ciddi səhv etdiklərini anlayacaqlar”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Dəməşq ilə Qolan təpələri arasındakı ərazini Suriya ordusu üçün bağlı elan edib.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru