Hadisə, Sidney - Yeni Zelandiya marşrutu ilə hərəkət edən təyyarədə baş verib.
Stüardessa pilotlara yemək təqdim etdiyi vaxt təsadüfən oturacaqdakı düyməyə toxunub, bundan sonra oturacaq qabağa keçib və açara toxunub. Nəticədə göyərtə şiddətlə silkələməyə başlayıb, hava gəmisi isə kəskin şəkildə üzüaşağı getməyə başlayıb.
Sərnişinlərdən birinin sözlərinə görə, insanlar oturacaqlardan sıçrayaraq təyyarənin tavanına dəyiblər, sonra yerə çırpılıblar. Hadisə nəticəsində 50-yə yaxın insan xəsarət alıb.
Ancaq təcrübəli pilot idarəetməni bərpa edə bilib və təyyarəni uğurla endirib.
Hadisə şahidləri göyərtədə olanları telefonu ilə qeydə ala bilib.