Rusiya Ukraynanın ATACMS-la S-400-ü vurduğunu təsdiq edib – Müdafiə Nazirliyi açıqlama yaydı

Bu gün, 15:34           
Rusiya Ukraynanın ATACMS-la S-400-ü vurduğunu təsdiq edib – Müdafiə Nazirliyi açıqlama yaydı
Rusiya Müdafiə Nazirliyi son üç gündə Ukrayna hərbçilərinin Kursk bölgəsindəki hədəflərə uzaqmənzilli Qərb silahları ilə iki zərbə endirməsini təsdiqləyib. Bu, Rusiya Prezidenti Vladimir Putinin televiziyada daha əvvəl həyata keçirilən iki zərbə ilə bağlı xalqa müraciətindən sonra Müdafiə Nazirliyinin ilk rəsmi açıqlamasıdır.

Məlumata görə, zərbələr hərbi obyektlərə endirilib. Qeyd olunur ki, noyabrın 23-də Kurskdan şimal-qərbdə yerləşən Lotarevka ərazisində S-400 zenit-raket diviziyasının mövqeyinə beş ATACMS raketi atılıb. Nazirlik eyni zamanda, üç ATACMS raketinin məhv edildiyi və ikisinin hədəfə çatdığı iddia edir. “Zərbə nəticəsində radar zədələnib”, - açıqlamada bildirilir.

Nazirlik ikinci zərbənin 25 noyabr 2024-cü ildə Kursk-Vostoçnı aerodromuna səkkiz ATACMS raketi ilə gerçəkləşdirildiyini, onlardan yeddi raketin vurulduğu və birinin hədəfinə çatdığını, nəticədə iki nəfərin yüngül yaralandığını bildirib. Qurum həmçinin hücuma məruz qalan ərazilərdən olduğu bildirilən raket qalıqlarının fotolarını da yayımlayıb.

Nazirlik vəziyyətə nəzarət etdiyini və hazırda cavab tədbirlərinin hazırlandığını vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.