Bu ölkələrlə viza rejimi qismən ləğv olunur

27-11-2024, 12:34           
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur.

Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Belə ki, iclasın gündəliyinə hər iki ölkə arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Sazişin təsdiq edilməsi haqqında qanun layihələri daxil edilib.

Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru